Türkiyədə qızlarına təcavüz edən atanın məhkəməsi hamını əməlli-başlı şoka salıb.
Teleqraf.com-un məlumatına görə, Kayseri Ağır Ceza Məhkəməsində prokuror şübhəli Əli D-nin 2 qızını cinsi təcavüzə məruz qoyduğunun təsdiqləndiyini bildirib. Prokuror qeyd edib ki, cinsi təcavüzə məruz qalan qızların ruhi sağlamlıqları pozulub.
Prokuror şübhəliyə ağır cəza istəyib.
Son sözünü deyən Əli.D şərti adlı şəxs ittihamları qəbul etməyərək bildirib ki, qızlarına qarşı hər hansı bir təcavüz etməyib:
"Qızlarım öz istəkləriylə gəlib zaman-zaman mənimlə yatarlardı. Mən onları Quran kurslarına göndərdim amma onlar qaçıb təkrar evə gəldi. Mənim onlara qətiliklə cinsi istismarım olmadı".
Məhkəmədə ifadə verən kiçik qız bildirib ki, böyük bacısı ərə gedəndən sonra atası ona tez-tez təcavüz edirmiş.
Məhkəmə qızlarını zorlayan şəxsə 19 il 7 ay həbs cəzsı verib.