Siyəzən rayonunda intihar hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Siyəzən rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə rayonun mərkəzində, Babək küçəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Gülpəri Qarayeva yaşadığı evdə özünü asıb. Onun asılmış meyiti ailə üzvləri tərəfindən tapılıb.
Gənc qızın bu günlərdə nişanı olacaqmış. İlkin ehtimala görə, Gülpəri başqasını sevib və məhz buna görə də intihar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov