31 Mart 2021 15:49
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsi dövründə şəhid olmuş Vasif Rüstəmzadənin oğlu Rüstəm Rüstəmzadənin cinayət işi üzrə keçirilən məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Tərtər rayon Məhkəməsində Rüstəm Rüstəmzadənin ittiham olunduğu Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə olan ittiham sübuta yetirilməyib.

Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.

Qeyd edək ki, Rüstəm Rüstəmzadə ötən il oktyabrının 15-də Ermənistan hərbi qüvvələrinin Tərtərin 400 metrliyində yerləşən məzarlığı atəşə tutması nəticəsində həlak Vasif Rüstəmovun oğludur.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər