19 Aprel 2021 15:57
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, idarə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Z.Məmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 28 qramdan artıq heroin, 50 qramdan artıq marixuana, 50 ədəd metadon və 50 ədəd tramadol həbləri aşkar edilib.

Davam etdirilən tədbirlərlə Z.Məmmədova narkotik vasitəni satmaqda şübhəli bilinən paytaxt sakini Z.Quliyev də saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 14 qramdan artıq heroin, 12 qramdan artıq metamfetamin, yaşadığı mənzilə baxış zamanı isə oradan 1 kiloqramdan artıq heroin, 2 kiloqrama yaxın metamfetamin, 130 qramdan artıq tiryək, 198 qramdan artıq həşiş qətranı, 110 qrama yaxın marixuana, 700 ədəd metadon, 300 ədəd tramadol həbləri, 2 ədəd elektron tərəzi və narkotik vasitənin dövriyyəsindən əldə edilmiş 5000 manat pul aşkar edilib.

Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 17-də Hacıqabul rayonu ərazisində yerləşən Yol Patrul Xidmətinin stasionar postunda Bakı şəhər sakini X.Nadirovun idarə etdiyi “Opel” markalı avtomobil saxlanılmış və sərnişini - Hacıqabul şəhər sakini R.İbrahimovla birgə rayon polis şöbəsinə təhvil veriliblər.

Avtomobilə baxış zamanı oradan R.İbrahimova məxsus 4 kiloqram 180 qram tiryək aşkar edilib.


Müəllif: Hacı Zeynalov