15 May 09:10
2 342

Bakının Nəsimi rayonunda 2000-ci il təvəllüdlü Vüqar 2005-ci il təvəllüdlü Səidəyə (ad şərti verilib – red.) təcavüz edib.

Teleqraf.com-un xəbərinə görə, Vüqar Səidənin kirayə yaşadığı mənzilində qarşılıqlı razılıq əsasında onunla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Vüqarın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib. O bildirib ki, Səidəni dostunun sevgilisinin rəfiqəsi kimi tanıyıb: “2019-cu ildə, saat 14 radələrində İnşaatşçılar metrostansiyasının qarşısında tanışım Muradla birgə olarkən Səidə zəng etdi, stansiyanın qarşısında olduğunu bildirdi. Səidə mənimlə görüşmək üçün həmin yerə gəlmişdi. Həmin vaxt saçım dağınıq idi. Bunu görən Səidə saç düzəltməyi bacardığını və saçlarımı fenlə ütüləyib, düzəldə biləcəyini dedi. Onların yaşadığı evə getməyimi təklif etdi. Bu səbəbdə Muradla birgə Səidənin yaşadığı Nəsimi rayonu, İ.Əbilov küçəsində yerləşən evlərinə getdik”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Səidə öncə onlar üçün çay dəmləyib: “Bir az söhbət etdikdən sonra fenlə saçlarımı daradı. Təxminən 15 dəqiqə Səidənin yaşadığı evdə oldum. Sonra isə mən, Səidə və Murad həmin evdən çıxdıq. Bu vaxt Səidə anasının işlədiyi Xırdalan şəhərində yerləşən ətir satılan mağazaya işə getdiyini dedi. Mən isə dostum Muradla şəhərdə gəzməyə getdik”.

Vüqarın ifadəsinə görə, bundan təxminən 2-3 həftə sonra o, Səma, Rəşad və Heydər ilə görüşüb: “Biz “Malakan bağı” deyilən yerdə oturacaqların üzərində əyləşərək söhbət etdik. Həmin vaxt Səidənin evdən qaçdığını öyrəndim. Rəşad da Səidə ilə qalacağını mənə bildirdi. Bu səbəbdən də Heydərlə birlikdə oradan getdik. Heç vaxt Səidə ilə sevgili olmamışam, onunla intim görüşümüz olmayıb. Səidə özü mənə sevgili olmağı təklif etsə də, onun təklifini rədd etmişəm. Buna görə də, Səidə məndən acıqlı qalaraq belə bir izahat verib”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səidə bildirib ki, Vüqarı məktəb illərindən tanıyır, sinif yoldaşının tanışı olub: “Sinif yoldaşımın ad günündə görüşdük, bir müddət sonra parka gəzməyə çıxdıq. Sonra sinif yoldaşım xəbər göndərərək Vüqarın məndən xoşu gəldiyini və mənimlə sevgili olmaq istədiyini dedi. Hazırlığa gedən zaman da Vüqar oraya gələrək mənə xoş sözlər dedi və bir daha mənimlə tanış olmaq istədiyini bildirdi. Sonradan biz instaqramda danışdıq. Bir dəfə məktəbə gedərkən Vüqar mənə zəng etdi. Dərsdə olduğumdan Vüqar oxuduğum məktəbin qarşısına gələcəyini bildirdi. Həmin gün saat 14 radələrində dərsdən çıxarkən Vüqarın Murad adlı dostu ilə birlikdə məktəbin qarşısında duraraq məni gözlədiyini gördüm”.

Səidənin sözlərinə görə, Vüqar “Yasamal" parkına getməyi təklif edib: “Anamın evə gələrək məni evdə görmədiyi halda irad tutacağından, bizim məhləyə getməyi xahiş etdim. Vüqar mənə ac olduğunu bildirdi. Mən sinif yoldaşımdan pul alaraq Vüqara verdim. O da həmin pula yemək alaraq yedi. Bundan sonra biz birlikdə yaşadığım evə gəldik. Murad salonda oturaraq həm televizora baxdı, həm də telefonla oynadı. Vüqar isə yataq otağına keçərək oradakı yataqda uzandı. Vüqara yaxınlaşdıqda məni qolumdan tutaraq özünə tərəf çəkdi, sevgi sözləri deməyə başladı. Vüqar mənimlə ailə quracağına və uşaqlarının anası olacağıma inandırdıqdan sonra cinsi əlaqəyə girdim”.

Səidə ifadəsində qeyd edib ki, Vüqar həmin vaxt ona qarşı seksual hərəkətlər edib. Onun sözlərinə görə, onların münasibətlərinin bu məcrada davam edəcəyini və Vüqarın məsuliyyətə cəlb olunacağını heç biri təsəvvür etməyib. O, ifadəsinin sonunda Vüqarla barışdığını, ondan şikayətçi olmadığını bildirib.

Bu cinayət işi Nəsimi rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə araşdırılıb.

Vüqar 11 ay, 28 gün müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov