3 Noyabr 2014 16:21
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səbail rayon Məhkəməsində oğurluq hadisəsi törətməkdə təqsirli bilinən Cavidan Hacıyev və Rahim Heydərovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, paytaxtın Badamdar qəsəbəsində yaşayan Züleyxa Eyvazovanın evindən eyvandan keçmə yolu ilə içərisində 3000 manat və qızıl-zinət əşyaları olan seyf oğurlanıb.

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Cavidan Hacıyev və Rahim Heydərov Səbail Rayon Polis İdarəsinin 8-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıblar.
Hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Rahim Heydərov 4500 manat, Cavidan Hacıyev 500 manat cərimə olunublar. Cərimə alan təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıblar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər