23 İyun 2021 00:55
391
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə Müşfiqabad qəsəbəsində qeydə alınıb.

1988-ci il təvəllüdlü Həşimov İrza Vaqif oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Müəllif: Teleqraf.com