İyulun 18-i saat 23 radələrində 1996-cı il təvəllüdlü Gəray Gərayevin Ağdam rayonu ərazisində qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Teleqraf.com rayon prokurorluğuna istinadən xəbər verir ki, Mahrızlı kənd sakini, 25 yaşlı Gəray Gərayev əmisi oğlu Ülfət Gəraylını bıçaqlayıb.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əmisi oğlu 2003-cü il təvəllüdlü Ülvü Gərayzadə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gəray Gərayevə çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürüb.
Faktla bağlı Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ülvü Gərayzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.