8 Noyabr 2014 09:36
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Muğan-Axtaçı kəndində qeydə alınıb.

Oktyabrın 8-də, axşam saatlarında müəyyən edilməmiş avtomobillə yolu keçmək istəyən Vəli adlı kənd sakini vurulub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Yol qəzasını törədən sürücü hadisə yerindən qaçıb.

Hadisə yerinə Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları gəlib. Piyadanın ölümünə səbəb olan sürücünün müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər