11 Noyabr 2014 09:09
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyanın San-Paulu şəhərində narkotik daşıyan sürücü 15 nəfəri vuraraq hadisə yerindən qaçıb.

Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, zərərçəkənlərdən azı 7-i uşaqlardı.

Xəsarət alanlardan bir neçəsinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Prensa Libre portalının məlumatına əsasən, polis əməkdaşları avtomobilin salonunda paketlərdə kokain və marixuana aşkar edib. Hadisə yerindən qaçan sürücünün sərxoş və ya narkotik maddənin təsiri altında olduğu güman edilir.


Müəllif: