3 Noyabr 2021 13:31
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda qətl törətməkdə təqsirləndirilən Rövşən Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əli Əliyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin mayın 29-da Ruhiyyə Şükürovanın üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İstintaqla zərərçəkmişin əri Rövşən Orucovun arvadı ilə aralarında ailə-məişət zəminində baş vermiş mübahisə zamanı üzərində olan bıçaqla Ruhiyyə Şükürovanın bədəninin müxtəlif nahiyələrindən çoxsaylı zərbələr vuraraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Rövşən Orucovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov