14 Noyabr 2014 14:38
856

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Şəmkir rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, rayon sakini Hətəm Bağırov münaqişə zəminində həmyerlisi Ceyhun Sadıqova bıçaqlayıb. Ceyhun Sadıqov xəsarətlə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hətəm Bağırov tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...