14 Noyabr 2014 16:00
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin alqı-satqısında təqsirli bilinən Babək Səfiyev və Dəyanət Eyvazovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulublar. Onlardan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər