5 Dekabr 2021 11:25
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda 2001-ci il təvəllüdlü Şahnəsib şəxsi münasibətlər zəminində tanışı Rövşənə xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Şahnəsib 22 fevral 2021-ci il də, saat 15 radələrində Rövşən ilə aralarında şəxsi münasibətlərinpozulması zəminində mübahisə yaranıb. Mübahisə zamanı Şahnəsib Rövşənin burun nahiyəsindən qəsdəntəpiklə vurub, ona xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Şahnəsibin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahnəsib elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, uşaqlıqdan internat məktəbində böyüyüb, hazırdaBakı şəhərində müxtəlif ünvanlarda olan günlük evlərdə kirayə qalır: “2020-ci ilin yayaylarında Nəsimi rayonunda yerləşən “Səməd Vurğun” parkının yaxınlığındakl köşkdə satıcı işləmişəm. Həmin ərəfədə parka tez-tez gələrək köşkdən alış-veriş edən Rövşənlə tanış oldum, aramızda yaxşı münasibət yarandı”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2020-ci ilinavqustun da Rövşəndən borca pul alıb: “Lakin sonradan işdən çıxdığımdan puluqaytara bilmədim. 2021-ci ilin fevralın 22-də, saat 15 radələrində “Səməd Vurğun”parkında olarkən Rövşən mənə yaxınlaşdı, borcunu tələb etdi. Rövşənə pulumunolmadığını dedim, qısa müddətə borcumu qaytaracağıma söz verdim.Buna baxmayaraqRövşən təkidlə pulunu tələb etməyə başladı, həmçinin parkda ünvanıma nalayiqifadələr işlətdi. Bu vaxt aramızda mübahisə yarandı. Rövşənlə parkınortasında dalaşmamaq üçün kənara çəkilib, söhbət etməyi təklif etdim. Rövşənləbərabər köşkün arxasına keçdik və ondan nalayiq ifadələrin işlətməməsini tələb etdim. Rövşən isə söyüş söyməyə davam etdi. Buna görə onun yaxasından tutdum, yerəyıxdım və sifət nahiyəsindən təpiklə zərbə vurdum. Rövşənin burnundan qan gəldiyinigördüm, qorxaraq dərhal oradan qaçdım”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Rövşənin sözlərinə görə, “Səməd Vurğun” parkının yaxınlığında yol kənarındakıavtomobillərə nəzarət edib, gündəlik qazanc əldə edib: “Bu ərəfələrdə özünü mənə “Şahin” kimi təqdim edən, lakin sonradan əsl adını bildiyi Şahnəsiblə tanış olmuşam.Şahnəsib yaxınlıqdakı köşkdə satıcı işləyib. Mən də tez-tez köşkdən alış-veriş etdiyim üçünaramızda yaxşı münasibət yarandı. Həmin vaxtdanŞahnəsibin mənə 20 manat borcuqaldı. Sonralar parkınyaxınlığında işləməsəm də, arabir gəzmək üçün oraya gedib-gəlmişəm”.

Zərərçəkmiş bildirib ki, fevralın 22-də, saat 15 radələrində “Səməd Vurğun” parkındaolarkən Şahnəsibi görüb və ondan borcunu istəyib: “Şahnəsib isə pulumu qaytarmaqdanimtina etdi, ünvanıma nalayiq ifadələr işlətməyə başladı. Bu səbəbdən aramızdadava düşdü. Şahnəsib məni söhbət etmək üçün Nəsimi rayonu, Puşkin küçəsi, 12 saylıünvanda yerləşən köşkün arxasınaçağırdı. Biz köşkün arxasına keçdikdə ətrafdaheç kimin olmamağından istifadə edən Şahnəsib yaxamdan tutdu,məni yerə yıxdı vəsifətimdən bir dəfə təpiklə zərbə vurdu. Burnumdan qan gəldiyini görən Şahnəsib dərhal oradanqaçaraq getdi. Sonradan Şahnəsib mənimlə maraqlanmadı, səhhətimə vurulmuş zərərləbağlı çəkilmiş müalicə xərclərini ödəməyib. Təqsirləndirilən şəxsdən şikayətçiyəm”.

Bu cinayət işinə Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılıb.

Şahnəsib 3 ay müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər