11 Dekabr 2021 13:22
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasamal Rayon Polis İdarəsinə paytaxt sakini R.Rəhmanovdan hədə-qorxu yolu ilə 100 000 ABŞ dolları tələb edilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Rəhmanovdan hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən qohumu E.Quliyev Nəsimi rayonu ərazisindəki restoranların birində ondan 10 000 ABŞ dollarını alarkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər