17 Noyabr 2014 17:26
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alınıb.

Bu barədə Teleqraf.com-a Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan Namiq Kərim oğlu Babayevə tanışı Ağdam şəhər sakini Çingiz Novruz oğlu Haqverdiyevin gətirdiyi sovqata baxış keçirilib.

Keçirilən baxış zamanı Çingiz Haqverdiyevin gətirdiyi “SAB” kolbasasının içərisində sellofana bükülərək xüsusi üsulla gizlədilmiş 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və 1 ədəd “Nar” danışıq kartı aşkar edilərək götürülüb.

Çingiz Haqverdiyev Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq) maddəsinə əsasən həbs edilib.

Fakt üzrə araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər