Gəncə şəhərində ana və qızının vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törədən sürücü həbs edilib.
Gəncə şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, yol qəzası noyabrın 14-də baş verib.
Həmin gün Gəncə şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakinləri İntizar Məmmədova və onun qızı Fatimə vurulub. Piayadalar xəstəxanaya yerləşdiriliblər.
Nizami rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “VAZ-21074” markalı avtomobilin sürücüsü - Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Sənan Əmiraslanov tutulub.
Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov