20 Noyabr 2014 23:01
1 707
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-in Viskonsi ştatının polisi Miluoki sakini olan 20 yaşlı Antuan Devon Pettisi həbs edib. Gənc oğlan qəddarcasına törədilən seksual cinayətdə suçlanır.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, gənc oğlanın seksual təcavüzünun qurbanı həmin şəhərdə yaşayan 101 yaşlı qadındır. İndi Pettisi yaşlı qadını zorladığı və qarət etdiyi üçün 55 il həbs cəzası gözləyir.

İstintaqın məlumatına görə, qadın evdə yatarkən 20 yaşlı gənc onun evinə soxulub. Səs-küyə ayılan qadın "Kimdir?" deyə soruşub.

Cavabında Antuan onun üzünə bir neçə zərbə endirib və susmasını tələb edib. Təcavüzkar qadının əllərini onun qarnına sıxaraq, qadını zorlayıb və evdən qaçıb.

Əvvəlcə qadın yerindən qalxmağa qorxub, cinayətkarın getdiyinə əmin olduqdan sonra isə qapıya yaxınlaşaraq qonşuları və yoldan keçənləri köməyə çağırıb.

Evə gələn polis qadının üzünün qana bulaşdığını, həmçinin ayaqları və yanında qan ləkələri olduğunu aşkar edib. Zərərçəkən xəstəxanaya yerləşdirilib.

Qadının gecə köynəyi və bədənində şübhəlinin DNK-sı aşkar edilib. Genetik ekspertizadan sonra Antuan həbs edilib.

Onun sözlərinə görə, əvvəlcə qarının evini qarət etmək istəyib. Qadının çarpayıda gördekdə isə Antunada onu zorlamaq istəyi yaranab: "Əks halda mən özümlə qoruyucu götürərədim".

Qeyd edək ki, Antuan 2013-cü ildə üstündə marixuana tapıldığına görə həbs edilib. İş məhkəməyə göndərilsə də, o aradan çıxıb və o vaxtdan axtarışda olub.

Nihad


Müəllif: