Ötən gecə Bakıda moteldə qətlə yetirildiyi bildirilən qadının intihar etdiyi aşkarlanlıb.
Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qətlə yetirildiyi bildirilən Afaq Rafiq qızı Şükürovanın özünü asaraq intihar etdiyi məlum olub.
09:55
Ötən gecə Bakıda qətl törədilib.
Teleqraf.com APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Vulkan” motelində baş verib.
İlkin məlumata görə, otelə müştəri kimi gələn qadın və kişi arasında mübahisə yaranıb.
Mübahisə zamanı kişi qadını bıçaqla qətlə yetirib. Hadisədən sonra motel bağlanıb, qətlin törədildiyi yerdə istintaq işlərinə başlanılıb. Hadisəni törədən şəxs isti izlərlə saxlanılıb.
Faktı Binəqədi Rayon Prokurorluğu araşdırır.
Qətllə bağlı rəsmi məlumatın bu gün yayılacağı gözlənilir.