19 Fevral 2022 00:19
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki sakini ehtiyatsızlıqdan həmyerlisini güllələyərək öldürüb.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Baş Küngüt kəndində, dağlıq ərazidə baş verib.

İlkin ehtimallara görə, kənd sakiniləri Pərvin İsmayılov və 1992-ci il təvəllüdlü Nurlan Mustafayev dağlıq ərazidə olarkən birincinin əlində olan silahdan atəş açılıb. Atəş nəticəsində 30 yaşlı Nurlan Mustafayev aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər