Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Natavan qəsəbəsində qeydə alınıb.
1974-cü il təvəllüdlü Həsənov Əkbər Xıdır oğlu kürəkəni 1997-ci il təvəllüldü Babayev Mehmnadar Mahir oğlu ilə aralarında mübahisə düşüb.
Bu zaman sonuncu Ə.Həsənova 2 bıçaq vurub.Yaralı qarının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdilib. Dərhal xəstə əməliyyat edilib,vəziyyətinin kafi olduğu bildirilir. Hadisəni törədən şəxs isə polis tərəfindən saxlanılıb.
Məlumata görə Ə.Həsənovu kürəkəni bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.