24 Noyabr 2014 13:04
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirməkdə təqsirli bilinən Kənan Muxtarovun cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Bakı şəhər sakini Kənan Muxtarovun yol verdiyi qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaq zamanı Kənan Muxtarovun “Azərbaycan Lizinq Şirkəti” MMC-yə məxsus istilik sistemlərinin ayrı-ayrı şəxslərə satılmasına dair saxta alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsinə nail olmaqla ümumilikdə 356 min manat məbləğində külli miqdarda özgə əmlakını, həmçinin MMC-yə məxsus 13 min manat dəyərində istilik avadanlığını aldatma yolu ilə ələ keçirməklə Cəmiyyətə külli miqdarda ziyan vurub.

Kənan Muxtarov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham edilir.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Daha sonra prosesdə ifadə verən Kənan Muxtarov özünü qismən təqsirli bilib.

Məhkəmə dekabrın 1-də davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər