24 Noyabr 2014 15:48
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda quldurluq hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Vəli Allahverdiyev, Xəyal Məmmədov və Sadiq Bayramov tutulublar.

Onlar noyabrın 22-də Zahidə Həsənovanın evindən quldurluq yolu ilə 5000 manat və 5500 ABŞ dolları, habelə 15000 manat dəyərində qızıl əşyalar aparıblar.

Hacı Zeynalov


Müəllif: