Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq cinayəti törətməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Elgiz Məmmədov və 1993-cü il təvəllüdlü Sahil İbrahimov məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu ilin iyunun 13-də Q.Qarayev prospektində naməlum şəxslər Osman Mustafayevi bıçaqla hədələyib pulunu və mobil telefonunu əlindən alıblar.
Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bərdə rayon sakini 1982-ci il təvəllüdlü Elgiz Məmmədov və Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Sahil İbrahimov tutulublar. İstintaq zamanı onların başqa cinayət əməlində şübhəli olduğu bilinib.
Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Sahil İbrahimov 4 il 4 ay, Elgiz Məmmədov isə 6 il 6 ay azadlıqdan məhrum ediliblər.
Hacı Zeynalov