Daxili işlər orqanlarının əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha bir uğurlu əməliyyat tədbiri həyata keçiriblər.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, noyabrın 25-də daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran vətəndaşı Famil Şiri İsəqəli oğlu 23 kiloqram 360 qram tiryəki satarkən tutulub.
Faktla bağlı cinayət işi qaldırılıb. Araşdırmalar aparılır.
Hacı Zeynalov