Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabe qurumlarında saxlanılan şəxslərin “ASAN” xidmətin fəaliyyətindən yararlanmasına şərait yaradılması istiqamətində tədbirlər davam etdirilir.
Teleqraf.com xəbər verir ki, Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs İsmayılov Ramil Novruz oğlu bu imkandan istifadə edərək nikahını qeydə aldırıb.
Həbs edilmiş şəxs İsmayılov Ramilin və onun yaxınlarının müraciəti əsasında Penitensiar xidmətin rəhbərliyi nikah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaradıb.
Təcridxananın inzibati binasında 2 saylı Bakı “Asan Xidmət” mərkəzinin əməkdaşları Ağayeva Leyla və Qasımova İnci tərəfindən İsmayılov Ramil Novruz oğlunun vətəndaş Əsgərova Lalə Fərhad qızı ilə nikahı qeydə alınıb.
Yeni ailə quran gənclər yaradılmış şəraitə görə Ədliyyə Nazirliyinin və “ASAN” xidmətin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Hacı Zeynalov