Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsinin qarşısını alınıb.
Bu barədə Teleqraf.com-a Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Anar Zöhrab oğlu Novruzovun yanına qısamüddətli görüşə gəlmiş atası, Lənkəran şəhər sakini Zöhrab Əli oğlu Novruzovun görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.
Keçirilən baxış zamanı Zöhrab Novruzovun alt paltarında gizlətdiyi 1 ədəd sellofan bükülünün içərisindən 420 (dörd yüz iyirmi) ədəd psixotrop maddə - “Metodon” və 140 (yüz qırx) ədəd “Lirika” kapsulaları aşkar edilərək götürülüb.
Anar Novruzov Cinayət Məcəlləsinin 234.4.3 maddəsinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.
Hacı Zeynalov