Şabran rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Şabran rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, Şabran rayon sakini Kamran Süleymanov idarə etdiyi “Mercedes markalı avtomobillə yolu keçən şəhər sakini Fikrət Əfəndini vurub. Hadisə nəticəsində piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov