5 Avqust 2022 20:36
1 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən də sosial şəbəkələrdə qardaşım İlkin Süleymanovun avqustun 24-də azad ediləcəyi barədə məlumatları oxumuşam. Biz məlumatların nə dərəcə dəqiq olduğunu bilmirik, amma ümid edirik ki, xəbərlər düz çıxacaq".

Teleqraf.com xəbər verir ki, bu fikirləri Publika.az-ın yerli bürosuna İlkin Süleymanovun qardaşı Adil Süleymanov bildirib. "Ümid edirik ki, ayın 24-ü prokurorluq tərəfindən bu ittiham geri götürülər. Bu ola bilər. Amma dəqiq məlumatımız yoxdur. Bilirsiz islahatlar gedir. Mən inanıram ki, islahatlar nətisində bu cinayət işində saxtakarlıq edən şəxslər ifşa olunacaq və onların həbs olunacağına inanıram. Bu cinayət işinin özü saxtadır. Bu gün də İlkin haqqında yalan məlumatlar verirlər".

Məlumat üçün qeyd edək ki, Tovuz rayon Dondar Quşçu kənd sakini İlkin Süleymanov həmkəndlisi, 2009-cu il təvəllüdlü Nərmin Quliyevanı oğurlayıb qətlə yetirməkdə, cəsədini isə yandırmaqda ittiham edilir. İ.Süleymanova qarşı CM-in 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham irəli sürülüb.


Müəllif: Teleqraf.com