İspaniyada məhbusa qarşı evtanaziya tətbiq edilib.
Teleqraf.com xəbər verir ki, məhbus ötən il dekabrda dörd nəfəri güllələyərək yaralayıb və polislə atışmada özü də ağır xəsarət alıb.
46 yaşlı Eugen Sabau Tarraqona şəhərində mühafizəçi işləyib. O, bir qadın da daxil olmaqla üç həmkarını güllələyib. Daha sonra qaçarkən bir polis əməkdaşını da yaralayıb.
O, iflic olub.
Kəskin ağrılardan əziyyət çəkən məhbus ölümünə icazə verilməsi üçün məhkəməyə müraciət edib.
Onun xahişi yerinə yetirilib.