Cəlilabad rayon sakinindən narkotik vasitə və saxta əskinaslar aşkar edilərək götürülüb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsi və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini Elməddin Məmiyevin Lənkəran şəhərində kirayədə yaşadığı mənzilə baxış keçirilib.
Baxış zamanı mənzildən 0,9 qram tiryək, 67 ədəd 500 rublluq saxta əskinas və 1 ədəd avtomobil dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.
Hacı Zeynalov