16 Dekabr 2014 06:32
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş şəhərində bir nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal xilasedicilər hadisə yerinə cəlb edilib.

Yanğınsöndürən-xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinə eyvandan daxil olaraq giriş qapısını açıb və azyaşlını xilas edərək aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: