22 Dekabr 2014 13:30
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda bıçaqlanma olub.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə 6-cı mikrorayon S.Məmmədova küçəsində qeydə alınıb. S.Məmmədova küçəsində Bakı şəhər sakini 1991-cı il təvəllüdlü Bəhruz Məmmədov bıçaqlanıb. Bəhruz Məmmədov xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Elşən Hüseynov tutulub.

Hacı Zeynalov


Müəllif: