Şəkidə silah-sursatın aşkar olunması ilə bağlı əməliyyat keçirilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Mənsur Cumayevin evinə baxış keçiriblər.
Nəticədə oradan 2 ədəd “RQD-5” qumbarası, 400 qram trotil şaşka və 30 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Hacı Zeynalov