Bakıda qadına qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, Yasamal rayonu ərazisində Bakı şəhər sakini olan bir qadının içərisində 700 manatı olan çantasının soyğunçuluq yolu ilə talanması barədə 29-cu Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Zərdab rayon sakini Ə.Mahmudov müəyyən olunaraq saxlanılıb.