Balakəndə baş verən yol qəzasında bir nəfər xəsarət alıb. Teleqraf.com-un məlumatına görə, hadisə rayonun Qazma kəndində baş verib. 1993-cü il təvəllüdlü, rayonun Qazma sakini Səxavət Rasim oğlu Mamedov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə rayon mərkəzindən Qazma kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxaraq maşını daş hasara vurub.
Qəza nəticəsində müxtəlif dərəcəli xəsarət alan sürücü Səxavət Mamedov Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Balakən RMX-dan verilən məlumata görə, qəza nəticəsində xəsarət alan yaralı Səxavət Mamedov xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.