Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində ittiham olunan Dilqəm Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, əvvəllər məhkum olunmuş, 1964-cü il təvəllüdlü Dilqəm Hüseynov tutulub. Həmin vaxt onun cibindən 0,210 qram, əlindəki sellofan torbadan isə 2 kiloqram 430 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Dilqəm Hüseynov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov