Şəmkir Regional Mədəniyyət İdarəsinin keçmiş rəisi Azər Rəcəbovun növbəti məhkəmə iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədirliyi ilə keçirilən məhkəmə prosesində keçmiş rəsin işlədiyi dövrdə yol verdiyi nöqsanlar, korrupsiya halları ilə bağlı faktlar ətrafında dinləmələr keçirilib.
Məhkəmə prosesi cəmi 15 dəqiqə davam edib.
Onu da bildirək ki, prosesdə həmçinin həmin dövürdə çalışmış mütəxəssis Ələkbər Əliyev, məsləhətçi Seymur Səfərov da təqsirləndirilən şəxs qismində mükahakimə olunub.
Növbəti məhkəmə prosesi 12 apreldə keçiriləcək.