31 Dekabr 2014 20:10
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Teleqraf.com-un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Ələt-Astara magistralının Salyandan keçən ərazisində yüksək sürət səbəbi ilə idarəetməni itirən sürücü avtomobili aşırıb. Nəticədə avtomobildə olan 3 nəfədən 2-si ölüb, 1-i isə ağır xəsarət alıb.

Yaralı dərhal xəstəxanaya aparılıb.

Teleqraf.com-un hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər