Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə yanvarın 6-da gecə saatlarında qeydə alınıb. Binəqədi qəsəbəsi yeni yaşayış massivində yerləşən yeməkxanada Bakı şəhər sakini Rəhim Həsənov bıçaqlanıb.
Rəhim Həsənova şəxsi mübahisə zəminində bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, 1992-ci il təvəllüdlü Ülvün Səfərov müəyyən edilib.
Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o tutulub.
Hacı Zeynalov