Bakının Nəsimi rayonunda baş verən oğurluq hadisəsinin üstü açılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şərur rayon sakini Habil Niftəliyev tutulub.
Habil Niftəliyev ötən ilin dekabrın 31-də Bakı şəhər sakini Tofiq Allahverdiyevin evindən 5000 manat və qızıl üzük oğurlayıb. Polisə gətirilən Habil Niftəliyev törətiyi cinayəti etiraf edib.
Hacı Zeynalov