10 Yanvar 2015 11:07
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyanın Iyconbu şəhərində yaşayış binası yanıb.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 101 nəfər isə xəsarət alıb. Rəsmilər yanğının evin qarşısındakı avtomobil dayanacağında başlandığını, daha sonra yaşayış binasına keçdiyini bildiriblər. İnsanlar binanın damından vertolyotlar vasitəsilə evakuasiya olunub.

Hadisə yerinə 25 yanğınsöndürən maşın gəlib. Yanğın 12 avtomobili, həmçinin binadakı mənzilləri yarasız hala salıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin baş vermə səbəbini araşdırırlar.

Samir


Müəllif: