Bakının Qaradağ rayonunda Ələt istiqamətindən Bakıya doğru hərəkət edən 195 saylı sərnişin avtobu “KAMAZ”la toqquşub.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova Trend-ə bildirib ki, hadisə barədə bu gün saat 07:37-də məlumat daxil olub.
Hadisə nəticəsində 3 nəfər ağır vəziyyətdə-kəllə-beyin travması diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. İki nəfər isə təcili yardım briqadaları hadisə yerinə gələnə kimi ətrafdakı insanlar tərəfindən Klinik Tibbi mərkəzə aparılıb.
Z.Vahidova bildirib ki, hadisə şahidlərinin söylədiklərinə görə, qəza nəticəsində 2 nəfər dünyasını dəyişib: “Ancaq biz onları görmədiklərimizə görə bunu təsdiq edə bilmərik. Biz hadisə yerində cəsədləri görməmişik”.