12 Yanvar 2015 11:34
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində həyat yoldaşını bıçaqlamaqda təqsirli bilinən Məhəmməd Rufullayevin apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon sakini Məhəmməd Rufullayev yaşadığı evdə həyat yoldaşı Nuranəyə çoxsaylı bıçaq xəsarəti yetirib. O, arvadını öldürdüyünü zənn edərək daha sonra özünü bıçaqlayıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlara vaxtında tibbi yardım göstərilib və həyatlarını xilas etmək mümkün olub.

Məhəmməd Rufullayevin barəsində Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məhəmməd Rufullayev 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Məhəmməd Rufullayev apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan edilib. Qərara görə, Məhəmməd Rufullayevin apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər