13 Sentyabr 2023 11:40
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Murad Abasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Aynur Rzayevanın icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, hadisə bu ilin iyununda Quba rayonu ərazisində baş verib. 1996-cı il təvəllüdlü Murad Abbasovun aralarında yaranmış mübahisə zamanı 1997-ci il təvəllüdlü Rəhman Rəhmanova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Murad Abasovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər