15 Yanvar 2015 04:58
508

Bakının Binəqədi rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Xilasedicilər liftin qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 01:47-də başa çatıb.


Müəllif: