16 Yanvar 2015 12:55
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sağlamlığa ağır xəsarət yetirməkdə ittiham olunan Ramil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hadisə Qaradağ rayonun Sahil qəsəbəsində qeydə alınıb. qəsəbə sakini Ramil Məmmədov həmyerlisi Zaur Əliyevi bıçaqlayıb.

Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ramil Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər