Rusiyada tanınmış azərbaycanlı iş adamı həbs edilib.
Teleqraf.com xəbər verir ki, Qalib Yusifov 20 il əvvəl törədilən qətldə ittiham olunur.
Öldürülən Aleksey Zirin Yusifovun rəqiblərindən olub. 2003-cü ildə yoxa çıxan Zirinin meyiti Puşkinski rayonundakı meşədə basdırılıb.
İttihama görə, Qalib Yusifov biznesini genişləndirmək üçün rəqibini qətlə yetirib.
Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətindən bildirilib ki, cinayətdə şəriklər müəyyənləşdirilir və onların tutulması üçün tədbirlər görülür.