19 Yanvar 2015 14:15
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda faciəli hadisə baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə yanvarın 18-də qeydə alınıb. paytaxtın Yasamal rayonunda yaşayan Səriyyə Aslanova sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, Səriyyə Aslanova intihar etmək məqsədilə sirkə turşusu içib. Hadisə ilə bağlı Yasamal rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Araşdırmaların sonunda hadisəyə hüquqi qiymət veriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər