21 Yanvar 2015 14:10
1 383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda oğurluq edən həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən Emin Hüseynov tutulub.

O, yanvarın 18-də Bakı şəhər sakinləri Anar Əliyevə, Səfər Rzayevə, Ramil Mirzəyevə, Elçin Nurəddinliyə, İbrahim Məmmədliyə və Araz Məmmədova məxsus velosipedləri oğurlayıb.

Hacı Zeynalov


Müəllif: